”Sovetski”də40 HEKTAR ƏRAZİ BOŞALDILIB

”Sovetski”də

2017-ci ildə agentliyimiz tərəfindən nəzərdə tutulan 40 kənd və qəsəbələrarası layihəyə qarşı 52 kəndlərarası və Bakı şəhəri qəsəbələrarası avtomobil yolları layihəsi uğurla başa çatdırılıb. Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədov bildirib ki, “Sovetski”də birinci mərhələdə 40 hektar ərazi boşaldılıb: “6 hektar ərazidə 7,1 kilometr uzunluğunda asfalt-beton örtüyünün sahəsi 87,6 min kvadratmetr təşkil edən Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması başa çatdırılmıb. İkinci mərhələdə isə yol qovşaqlarının tikintisi işləri verilmiş tapşırıqlara uyğun olaraq kollektivimiz tərəfindən idman arenalarına və qeyri-yarış obyektlərinə gedən yollarda 45,8 min kvadratmetr sahədə təmir və tikinti işləri aparılıb. Həmin yollar boyu 230 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, İslam Həmrəyliyi Oyunlarının 562 ədəd loqosu asfalt-beton üzərinə çəkilib, 178,1 min kvadratmetr sahədə boya ilə xətlənmə işləri yüksək keyfiyyətlə yerinə yetirilib”.

S.Məmmədov qeyd edib ki, 400 ədəd su baryerləri və 206 ədəd hər biri 3 metr uzunluğunda olan dəmir-beton mühafizə səddi düzülərək avtobusların marşrutlar üzrə nizamlı hərəkəti təmin edilib.

Gununsesi.info

COMMENTS