“Sovetski”dən köçürülənlər yağışdan çıxıb yağmura düşüb - FOTOLAR

  • By admin
  • 29 Sentyabr 2016 12:10

sovet

Nərimanov rayonu ərazisində Koroğlu Rəhimov küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yaraşıqlı bir bina var. Prezident iqamətgahının yaxınlığında zahirən gözəl görünən bu bina əvəllər İdman Akademityasının yataqxanası olub. 20 ildən artıq müddətə isə burada  əsasən Kəlbəcər rayonundan olan məcburi köçkünlər yaşayıb. İl yarım əvvəl məcburi köçkünlər bu binadan köçürülərək mənzillərlə təmin olunublar. Onların əvəzinə isə “Sovetski” yaşayəş sahəsindən məcburi köçürülənlər həmin binaya yerləşdirilib.

sovet1

Sakinlərin dediyinə görə il yarımdır bu binadadırlar. Əvvəlcə binanı penoplastla üzlədilər, (bu Binəqədidə yanan binadan sonra olub: T.M.) daha sonra yenidən soküb bəzək-düzək vurdular.  Təmir işləri çox keyfiyyətsiz aparılıb.

Yağan yağışdan sonra isə əlavə problemlər yaranıb. Damdan axan yağış suları 9-cu mərtəbədəki bəzi mənzilləri yararsız vəziyyətə salıb. Hətta yuxarı mərtəbədən axan su mərtəbələri keçərək 6-cı mərtəbəyə kimi mənzillərə zərər vurub.

sovet2

Həmin binanın sakinləri aztəminatlı ailələr olduğundan öz hesablarına binanı  təmir etmək imkanları da yoxdur. Əlacsız qalan sakinlərin səsinə səs verən də tapılmır.(azadlıq.info)

sovet7 sovet6 sovet5 sovet4 sovet3

Gununsesi.info