Soydaşlarını təhqir edən erməni prodüser məhkəmə zalında huşunu itirib

Ermənistanda iclas zalında mühakimə olunan prodüser Armen Qriqoryan huşunu itirib.

Gununsesi.info  Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan bildirib.

Məlumata görə, vəkil çıxış edən zaman müvəkkili özündən gedib. Bu səbəbdən məhkəmə iclası təxirə salınıb.

Qeyd edək ki, prodüser və rejissor sayılan Armen Qriqoryan bu il mayın 17-də polis tərəfindən saxlanılıb, mayın 18-də isə barəsində həbs qətimkan tədbiri seçilib. Ermənistan Milli Təhlükəsizlik Xitmətinin versiyasına əsasən, o, müsahibələrində Şirak və Ararat vilayətləri sakinlərinin şərəf və ləyaqətlərini təhqir edib.