
Soyğunçuluq etməkdə şübhəli bilinən Cəlilabad rayonunun Moranlı kənd sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 4-də rayon sakini Arzu Süleymanovanın içərisində 2.000 manat pul, qızıl üzük, sənəd və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən rayonun Moranlı kənd sakini Şəhriyar İbişov tutulub.
Anar
Gununsesi.info












