
Soyğunçuluqda şübhəli bilinən Şərur rayon sakini tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 1-də Bakı şəhər sakini Z.Məmmədovanın içərisində 13 manatı, mobil telefonu və sənədi olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Şərur rayon sakini Zülfüqar Cəfərov tutulub.
Anar
Gununsesi.info