Soyğunçuluqda şübhəli bilinən şəxs tutulub

  • By admin
  • 20 İyul 2017 12:40

hebs
Soyğunçuluqda şübhəli bilinən Lənkəran şəhər sakini tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 18-də Lənkəran şəhəri ərazisindəki bazarlardan birində naməlum şəxs Lerik rayon sakini Adilə Əsgərovanın 10 manat pulunu açıq talama yolu ilə alıb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Seymur Məhərrəmov tutulub.

Anar
Gununsesi.info