
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya əsilli müğənni Loredana Saçelaru soyqırım qurbanlarının xatirəsinə həsr olunan fotosessiyaya çəkilib.
İlk baxışdan təqdirəlayiq hal kimi görünsə də, müğənni kəskin tənqid olunub. Buna səbəb isə onun yarıçılpaq geyimdə seksual pozalar verməsi olub. Xonia ləqəbli Loredana həmin fotoları Instagram sosial şəbəkəsindəki şəxsi hesabında paylaşıb.
Onun bu görüntüləri sərt şəkildə tənqid olunub, soyqırım qurbanlarının təhqir edilməsi kimi qiymətləndirilib. Hətta bəzi izləyicilər onun həbsini də tələb edir.
Loredana sərt tənqidlərdən sonra fotoşəkilləri silməyib, sadəcə şərh bölməsini bağlamaqla kifayətlənib.
Gununsesi.info