“Soyqırımı görmək istəyən varsa, gəlib Ərzuruma baxsın” -Dövlət Bağçalı

Erməni silahlı dəstələri 1914-1922-ci illərdə 518 min 305 müsəlman türkü qətlə yetirib. Soyqırımı görmək istəyən və qətliamın necə olduğunu bilmək istəyən varsa, gəlib Ərzuruma baxsın. Gəlib hələ də izləri qalan, tükləri ürpədən, əzab-əziyyəti, işgəncə və cinayətləri görsünlər.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Ərzurum şəhərində keçirilən mitinqdə deyib.

HTML tutorial

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinə etiraz edən MHP lideri Amerika təmsilçisinin İrəvandakı saxta “soyqırımı” abidəsi önündə “timsah göz yaşları” axıtdığını deyib.

Partiya sədri vurğulayıb ki, sülh və sabitliyə qarşı çıxan Azərbaycan və Türkiyə yox, məhz işğalçı Ermənistandır.

Gununsesi.info