Şoyqu: “Əfqanıstandakı vəziyyət müvafiq tədbirlərin görülməsini tələb edir”

Əfqanıstanda terror fəaliyyətinin artması müvafiq tədbirlərin görülməsini tələb edir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

HTML tutorial

Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər aparılır. Hər şeydən əvvəl, Rusiya və müttəfiqləri Əfqanıstan ərazisindən gələn təhdidlərin təsirsiz hala gətirilməsi üçün çalışacaqlar.

KTMT çərçivəsində terror təhlükəsini dəf etmək üçün artıq bir sıra birgə təlimlər planlaşdırılıb. Tacikistan ordusunu təchiz etmək üçün Rusiya silah və texnikasının əlavə pulsuz tədarükü təşkil edilib. Respublikada ixtisaslı hərbi kadrlar yetişdirilir.

Şoyqu Rusiyanın Düşənbəyə lazımi dəstəyi verməyə hazır olduğunu vurğulayıb.