![](https://www.gununsesi.info/wp-content/uploads/2021/04/soyqu.jpg)
Rusiya müdafiə naziri Sergey Şoyqu ilə Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı baş tutub.
Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, telefon danışığında əsas müzakirə mövzusu erməni ordusunda, o cümlədən Qarabağda məskunlaşdırılan ermənilərin “ordusunda” reform məsələləri olub.
Tərəflər, həmçinin Ermənistan-Rusiya birləşmiş qoşunlarının fəaliyyətinin perspektivlərinə də toxunublar.
Gununsesi.info