Şoyqu bir gündə dörd həmkarına ZƏNG ETDİ

  • By admin
  • 23 Oktyabr 2022 19:53

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pentaqonun rəhbəri Lloyd Ostin ilə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Ostin oktyabrın 23-də Sergey Şoyqunun zəng etdiyi dördüncü müdafiə naziri olub. Şoyqu bundan əvvəl Fransa, Türkiyə və Britaniya müdafiə nazirlərinə zəng vurub. Danışıqların əsas mövzusu Ukrayna müharibəsi ilə bağlıdır.

Gununsesi.info