Şoyqu erməniləri cavabsız qoydu

  • By admin
  • 16 Avqust 2016 17:31
shoyqu
Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin Ermənistana silah-sursat satmaq məsələsini cavabsız qoyub.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, Sergey Şoyqu avqustun 16-da İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Müdafiə Nazirləri Şurasının iclasından sonra jrunalistlərin Rusiyanın  Ermənistana 200 milyon dollar həcmində silah-sursat satması ilə bağlı verdiyi suala cavab verməkdən imtina edib.
Bir müddət öncə Ermənistanın müdafiə nazirinin müavini Ara Nazaryan  parlamentdə keçirilən iclasda  Rusiyadan 200 milyon dollara silah alınması barədə müqavilənin bağlandığını bildirib. Nazir müavini deyib ki,  saziş imzalanıb və hazırda sənəd icrası mərhələsindədir.
Gununsesi.info