Şoyqu Haftar ilə Liviyadakı vəziyyəti müzakirə etdi

  • By admin
  • 19 Fevral 2020 15:33

Rusiya Müdafiə naziri Sergey Şoyqu Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftarla görüşüb.

Gununsesi.org-un “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Rəsmilər Liviyadakı vəziyyəti müzakirə ediblər, eləcə də Liviya ilə bağlı Berlin konfransının qərarlarının yerinə yetirilməsinin vacibliyini təsdiqləyiblər: “Tərəflər bir daha Liviyadaxili böhranı həll etmək üçün alternativ siyasi yolların olmadığını, Liviyanın müstəqilliyi, birliyi və ərazi bütövlüyünə sadiqliyi qeyd ediblər”.

Gununsesi.org