
Moskva Ukrayna böhranının münaqişədən sonrakı həlli və Qərblə gələcək birgəyaşayışla bağlı siyasi müzakirələrə hazırdır.
Gununsesi.info xəbər verir ki, bunu X Pekin Syanşan Forumunda çıxışı zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Lazımi şərait yaradılarsa, biz həm Ukrayna böhranının münaqişədən sonrakı həlli, həm də bütövlükdə Qərblə gələcək birgəyaşayış parametrləri üzrə real əsasda siyasi müzakirələrə hazırıq”, – nazir deyib.
Eyni zamanda, Şoyqu “sülhün və qlobal sabitliyin qorunmasında xüsusi məsuliyyət daşıyan” BMT Təhlükəsizlik Şurasının bütün daimi üzvləri arasında bərabərhüquqlu münasibətlərin təmin edilməsinin vacibliyini qeyd edib.
“Ədalətli, çoxqütblü dünya nizamının formalaşdırılması üçün beynəlxalq təhlükəsizliyin arxitekturasını yeniləmək və ona daha böyük sabitlik vermək lazımdır. Bunun üçün bütün maraqlı ölkələrin səylərini birləşdirmək lazımdır”, – Rusiya Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Gununsesi.info