Şoyqudan Quterreşə: Yüksəkdəqiqli raketlərlə vururuq

  • By admin
  • 04 Mart 2022 21:49

Rusiya müdafiə naziri Sergey Şoyqu ilə BMT Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.

Bildirilib ki, Şoyqu telefon danışığı zamanı Ukraynada hərbi əməliyyatlar zamanı yüksəkdəqiqli raketlərlə yalnız hərbi infrastruktura zərbə endirilir.

Şoyqu eyni zamanda rus ordusunun mülki əhaliyə təhlükə yaratmadığı, mülki obyektləri atəşə tutmadığı və beynəlxalq humanitar hüquqa tam əməl etdiyini vurğulayıb.

Gununsesi.info