Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
“Danışıqlar zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər, Dağlıq Qarabağda Rusiya sülhməramlılarının tapşırıqları yerinə yetirməsi vəziyyəti, qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib”, məlumatda bildirilib.
Qeyd edək ki, fevralın 25-də də hər iki nazir arasında oxşar mövzuda telefon danışığı olub.