Şoyqunun müavininin işi üzrə daha bir nəfər tutuldu

Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun külli miqdarda rüşvət alması işi üzrə daha bir nəfər – Aleksandr Fomin həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Fomin iyunun 23-dək həbs edilib”, – məlumatda qeyd olunub.

Fominin İvanova və onun dostuna obyektlərin təmiri və yenidən qurulması üçün ödənişlərdən yayınmağa kömək etdiyi bildirilir.

 

 

Gununsesi.info