Şoyqunun “uğur” hekayəsi

  • By admin
  • 28 Fevral 2024 00:34

 

Rusiya Müdafiə naziri Sergey Şoyqu fəxrlə deyir ki, Ukrayna 444 mindən çox hərbçi itirib.

Şübhəsiz ki, şişirdilmiş rəqəmdir, müharibənin yazılmamış qanunlarına uyğun olaraq Rusiya və Ukrayna qarşı tərəfin itkilərini daha böyük göstərməyə çalışırlar.

Lap tutaq ki, doğrudur, bu qədər hərbçini Rusiya niyə öldürüb?

Onlar niyə təslim olmayıb vuruşmağı, ölməyi seçiblər?

Onların dini, milliyəti nədir, slavyan kimi ruslardan nə ilə fərqlənirlər? Qardaş xalqı ağır silahlarla qırmaq, ölkəsini yandırıb-xaraba qoymaq, iqtisadiyyatını dağıtmaq, əhalisini öldürüb, yaralayıb, didərgin salmaq niyə uğur olmalıdır ki?!

Rusiya bu qədər insanı öldürüb Ukraynada nəyə nail olmağa çalışır?

Şoyqu fəxrlə deyir ki, bu il 327 kvdrat kilomet ərazi ələ keçirmişik. 17.4 milyon kv.m ərazisi olan nüvə dövlətinin fəxr etdiyi “uğura” bax!

Kremldə oturanlar Rusiya kimi tarixi ənənələri, mədəniyyəti olan nəhəng ölkəni lənət yuvasına çeviriblər.

Birinci elə rus xalqı üçün cəhənnmə çevirirlər.

Sabah bu qədər insanın ölümünə görə kim cavab verəcək, nə cavab verəcək?

Gununsesi.info