Söyüdlü aksiyasında plakatları hazırlayan gəncə 3 il cəza verilib

  • By admin
  • 12 Avqust 2024 19:10

Gədəbəyin Söyüdlü kəndindəki etirazlarda qaldırılmış plakatları hazırlayan kənd sakini Coşqun Musayev  3 il azadlıqdan məhrum edilib.

Gununsesi.info-nun  xəbərinə görə, hökm  Bakı Ağır Cinayətlər Məhkəməsində açıqlanıb.

 

34 yaşlı C.Musayev narkotik ittihamı ilə cəzalandırılıb.

 

Cinayət işinin materiallarında iddia edilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (keçmiş “bandotdel”in) əməkdaşları C.Musayevi Bakıdakı parkda şübhəli şəxs kimi saxlayıb. İdarədə onun üstünə baxış keçirilərkən cibindən 6 qramdan çox narkotik tapılıb.

C.Musayev deyir ki, onu Söyüdlü etirazlarındakı plakatlara görə cəzalandırmaqdan ötrü narkotiklə şərləyirlər. Gədəbəy sakini məhkəmədə danışıb ki, Bakıda tutulmasından tutmuş, cibindən narkotik çıxmasınadək cinayət işində yazılanların hamısı yalandır.

Gununsesi.info