Söyüdlünün giriş-çıxışına niyə polis postu qoyulub? - ELŞAD HACIYEV DEYİR Kİ…

Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisələrlə əlaqədar olaraq kəndin giriş-çıxışına polis postu qoyulub. Bununla da kənd sakinləri istisna olmaqla, Söyüdlüyə gələn digər vətəndaşlar geri qaytarılır.

Bu isə vətəndaşın azadlıq hüququnun pozulması deməkdir.

Məsələ ilə bağlı DİN-in Şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev Gununsesi.info-ya bunları deyib:

“Ərazidə ictimai-qayda, ictimai təhlükəsizliyin təmin olunması məqsədilə müvəqqəti postlar qurulub. Hazırda komissiya kənd ərazisində işləyir. Ancaq Söyüdlü kəndində qeydiyyatda olan sakinlər kəndə buraxılır”.

Qeyd edək ki, qonşu kəndlərdən Söyüdlüyə yaxınlarının hüzr mərasiminə gələnlər də buraxılmayıb. Bu isə əlavə sosial narazılığa səbəb olub.

 

Şəbnəm

Gununsesi.info