
Fransanın şimalında xilasedici xidmətin əməkdaşları tərəfindən soyuducu yük maşınında 26 miqrant aşkarlanıb.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə “Europe 1” radiostansiyası xəbər verib.
Məlumata görə, miqrantlar arasında 2 yaşlı körpə olub. Onun anası ilə birgə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Miqrantlar La-Manş tuneli vasitəsi ilə Fransadan Böyük Britaniyaya keçməyə cəhd edərkən saxlanılıblar.
Gununsesi.info