XƏBƏR LENTİ

17 Fevral 2018

18 Avqust 2016 - 14:11

Soyuducudan istifadə etmədən qarpızı qışa qədər necə təzə saxlamaq olar?

qarpiz

Gununsesi.info xəbər verir ki, ilk öncə saxlayacağınız qarpız – çatlaq, əzik, çəkisi isə 4 kq-dan artıq olamamlıdır. Eləcə də qarpızın qabığının qalın olması da şərtdir. Əks təqdirdə bu işinizə yaramayacaq. İşləmə başlamazdan əvvəl quru bir bezlə qarpızı silin. Parafin yağı və ya mum götürün. Parafin yağı ya da mumu su duşu üsuluyla əridin.

Sonra bir az soyumasını gözlədikdən sonra qarpızın səthini, 0,5 sm qalınlığında, bu maye ilə örtün. Donub sərtləşməsi üçün gözləyin. Bu iki maddə qarpızı xarici təsirlərdən və nəmdən qoruyur.

Qarpızın üzərini örtdükdən sonra qarpızı içində saman və ya qəzet kağızları dolu bir qutuya qoyub üstünü bağlayın. Qaranlıq, sərin və quru bir yerdə mühafizə edin və zaman-zaman kontrol edin.

Qeyd edək ki, bu üsul ilk dəfə Hindistanda tətbiq olunub.

Anar

Gununsesi.info