
Rusiyada daha bir maraqlı hadisə yaşanıb.
Gunusnesi.org xəbər verir ki, Samara şəhərindəki yanacaqdoldurma məntəqəsi reklam məqsədilə çimərlik geyimində benzin almağa gələnlərdən pul almayacaqlarını açıqlayıb. Onlar bu kampaniyadan yalnız qadınların yararlanacağını düşünərək cinsiyyət qeyd etməyiblər. Ancaq kişilərin də pulsuz benzin almaq eşqinə düşməsi ilə ara qarışıb, məzhəb itib.
Nəticədə, xəbərdən sonra kişilər də çimərlik geyimində məntəqəyə gələrək pulsuz benzin alıblar.
3 saat çəkən kampaniyadan rəngarəng görüntülər sosial şəbəkələrdə paylaşılıb.