“Soyuq əllər, isti ürək”də əyləncə proqramı ləğv olundu

  • By admin
  • 01 Dekabr 2021 10:23

Bu axşam Bakıda açılışı baş tutacaq “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında planlaşdırılmış əyləncə proqramı ləğv olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı “Nargis” Fondu instaqram hesabında məlumat yayıb.

Paylaşımda qeyd olunub ki, sözügedən qərar ötən gün Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbiçinin şəhid olması ilə əlaqədar verilib.

“Açılışda heç bir musiqi olmayacaq, böyüklər və uşaqlar üçün planlaşdırılmış əyləncə proqramı isə təxirə salınır”, – paylaşımda yazılıb.

Gununsesi.info