Soyuq havalarda kombinizi belə qoruyun

  • By admin
  • 30 Yanvar 2024 16:27

Soyuq havalarda evlərin açıq eyvanlarında yerləşən kombilər donma təhlükəsi ilə üzləşir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ehtiyat tədbirləri görülməzsə, kombi yararsız vəziyyətə düşür.

Mütəxəssislər, xüsusilə açıq eyvanlarda yerləşən kombilərin donma təhlükəsi ilə üzləşdiyini bildirib.

Soyuq havalarda, xüsusən də temperatur mənfi dərəcəyə düşdüyü zaman kombi və istilik sisteminin donmaması üçün aşağıdakı ehtiyat tədbirləri görülməlidir:

Kombi şkafda yerləşdirilib qorunmalıdır.

1. Kombi boruları izolyasiya materialından istifadə edilməklə hava girməyən şəkildə bükülməli və izolyasiya edilməlidir.Uzun müddət istifadə olunmayan kombilərin donma riski daha çoxdur.

2. Kombi söndürülsə, içindəki suyun soyuqdan dona biləcəyini unutmayın. Bu səbəbdən uzun müddət sönən kombinin suyunu boşaltmaq lazımdır.

Həmçinin təhlükəsizlik sisteminin donma təhlükəsinə qarşı işə düşməsi üçün kombi sığortası və qaz klapanı açıq saxlanmalıdır.

Bu tədbirlər görülməsə, kombi və kombi sistemi donaraq ciddi ziyan görə, hətta kombinin dəyişdirilməsi ilə nəticələnə bilər.

Gununsesi.info