
NATO-nun “Sarsılmaz Müdafiəçi 2024” təlimi başlayıb.
Gununsesi.info xəbər verir ki, NATO-nun yaydığı açıqlamada ABŞ-a məxsus “USS Gunston Hall” dok desant gəmisinin Virciniya ştatındakı Norfolkdan yola düşdüyü və bir sıra əməliyyatlardan sonra Atlantik okeanının o biri sahilinə çatacağı bildirilib.
Açıqlamada “HMCS Charlottetown” freqatının da təlim çərçivəsində Kanadanın Yeni Şotlandiya əyalətinin Halifax şəhərindən Avropaya yola düşəcəyi və Alyansın qüvvələrini hərəkət etdirərək Avro-Atlantik bölgəni gücləndirmək qabiliyyətini nümayiş etdirəcəyi bildirilib.
31 NATO üzvü və namizəd ölkə İsveçdən təxminən 90 min əsgərin qatılacağı təlimin may ayının sonuna qədər davam edəcəyi açıqlanıb.
NATO-nun Soyuq Müharibədən sonrakı ən böyük təliminin Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçirilməsi və Rusiya ilə mümkün müharibə ssenarilərinin də yer alacağı gözlənilir.
NATO-nun Soyuq Müharibə dövründə sonuncu böyük təlimi 1988-ci ildə 125 min iştirakçı ilə keçirilən “REFORGER” təlimi olub.
Gununsesi.info