Soyuq torpaqda sağikən yatmağı öyrənən ŞƏHİD… -FOTOLAR

  • By admin
  • 18 Mart 2021 02:44

Azərbaycanda Novruz ənənələrindən biridə odur ki, insanlar ili tamam olmamış dünyasını dəyişən doğmalarına mart ayı daxil olandan bayramın gəlişinədək Qarabayram mərasimi keçirir. 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş minlərlə şəhidimizin ailəsində onların ruhuna Qarabayram qeyd edilir. Bu günlərdə o ailələrin maddi-mənəvi yanında olmaq hər bir Azərbaycan vətəndaşının ən ümdə borcudur deyə düşünürük. Ruhları şad olsun!

Şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biridə Hacıyev Toğrul Siyavşah oğludur. O,  04 fevral, 1991-ci ildə Göyçay rayonu Çayarxı kəndində  anadan olmuşdur. İlk təhsilini 1997-ci ildə Çayarxı kənd orta məktəbində almışdır.2006-cı ildə həmən məktəbin 9-cu sinifini bitirmiş,elə həmən ildə Göyçay rayon 106 saylı peşə məktəbinə daxil olub,2009-cu ildə oranı bitirmişdir.Sonra hərbi cağırışla xidmətə yollanıb,2010-cu ildə xidmətini bitirib evinə qayıtmışdır.Ailə qurub, özəl sektorda fəaliyyət göstərməyə başlamışdır.Toğrul çox zarafatçıl, gəzməyi, səyahət etməyi sevən bir gənc idi. İki azyaşlı övladı var, Ləman və Tunar. Toğrul 2020-ci ilin sentyabrın 29-da səfərbərliklə xidmətə cağırılaraq kəşfiyyat qrupunda döyüşlərə qatılır.Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı uğrunda gedən döyüşlərdə şücaətlə döyüşən gənc Togrul bu kənd və rayonların alınmasında qəhrəmanlıqla iştirak edir. Hacıyev Toğrul 25.10.2020-ci ildə Xocəvənd ugrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

QEYD: Ailəsi danışır ki, zəng vuranda Toğruldan anası soruşardı, “Ay oğul axşamlar yatdığın yerdə soyuq olmur ki sənə,yaman nigaranam, yuxuma girirsən”.Oğulda deyirdi ki, “Narahat olma ay ana, yeri qazıb, yarpaqlarla doldurub girib orda yatırıq isti olur”. Anası sonra bu sözləri xatırlayıb deyirdi ki, “Ay oğul sağ ikən torpaqda yatmağı öyrəndin can balam”…Yoldaşınada deyibki, günləri sayıram az qalıb gələcəyəm, həmən sözdən bir gün sonra gəlib, ancaq şəhid nəşi…Torpaq uğrunda ölən varsa Vətəndir! Məkanın cənnət olsun şəhid Hacıyev Toğrul Siyavhaş oğlu…

Məmmədova İlhamə

Gununsesi.info