
Qastroenteroloq soyuqdəymə, SARS və bakterial infeksiya ilə tutulma zamanı hansı qidaların istifadə edilməməsi barədə insanlarla bölüşüb. Qadağan olunmuş qidaların siyahısına süd məhsulları, həmçinin çox yağlı və bişmiş qidalar daxil olub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , bu haqqda məlumatı qastroenteroloq Krayxsberq Braym bildirib.
Bir insan əgər özünü yaxşı hiss etmirsə, bu zaman asanlıqla həzm olunan qidalara üstünlük vermək və düzgün seçilmiş pəhriz qaydasına uyğun olaraq qidalanmaq lazımdı. Onların siyahısına dənli bitkilər, həlimlər, giləmeyvə, heyvan yağları və sair daxil olub. Tərkibində vitamin olan qidalarada üstünlük vermək lazımdı. Eyni zamanda, həkim müxtəlif allergenlərdən uzaq durmağı tövsiyə edib.
Həkim xəstəliklərlə üzləşən zaman ac qalmağa tövsiyə etməyib. “Bu, tükənmə, anoreksiya da daxil olmaqla əhəmiyyətli problemlərə səbəb ola bilər. Bundan əlavə öd kisəsi, bağırsaqlar və bütün mədə-bağırsaq traktların pozulmasına səbəb olur ” – həkim bildirib.
Gununsesi.info