Söyüşlə pul qazanmaq istəyir – VƏKİLDƏN MİLLƏT VƏKİLİNİ TƏHQİR EDƏNƏ CAVAB

  • By admin
  • 02 Dekabr 2019 12:46

Siyasi mühacir olduğunu iddia edən Süleyman Süleymanlı adlı bir sosial şəbəkə istifadəçisi Kəlbəcərin millət vəkili olan Cavid Qurbanova qarşı qeyri-etik və siyasi mübarizə çərçivəsindən kənar sözlər söyləməsi onun seçicilərinin narazılığına səbəb olub.

Gununsesi.org bildirir ki, Kəlbəcərdən olan vəkil Əziz Qənbərov özünün sosial şəbəkə hesabında bu haqda yazıb.

Onun qeydlərini təqdim edirik: Mən bir insanın digər bir ictimai və ya siyasi xadim haqqında tənqid yazmasının əleyhinə deyiləm. Bu tənqid təhqirə keçməyincə, bunu fikir və düşüncə azadlığı kimi qəbul edirəm. Lakin kəlbəcərlilərin rəğbətini qazanmış insanlar haqqında , xüsusən də onları ailə üzvləri vasitəsi ilə təhqir etmək əxlaqa sığmayan hərəkətdir. Bunun adı ictimai diqqəti özünə cəlb etmək, gələcəkdə hər hansı bir maddi mənfəət əldə etməkdən başqa bir şey deyil. Cavid Qurbanovun bir seçicisi olaraq Kəlbəcərin işğaldan azad olunması istiqamətində parlament tribunasından istifadə etməməsi məni üzən bir hal olduğunu bəribaşdan deyim.

Qısacası, bu hissədə Cavid müəllimdən razı deyiləm. Lakin, insanlara xüsusən də kəlbəcərlilərə maddi dəstək olması, onlara qayğı göstərməsi təqdirəlayiqdir. Etiraf edək ki, Cavid Qurbanov öz seçicilərinin problemlərinə biganə qalmayan azsaylı deputatlardandır. Bu gün kimlərinsə Cavid Qurbanova hücum çəkməsinin səbəbi onun insanları, xüsususilə də, həmyerlilərinə maddi dəstək göstərərək, onları razı salmağa çalışmasıdır. Çünki, onun haqqında yayımlanan son videodan görünür ki, özünü siyasi mühacir adlandıran bir şəxsin Cavid müəllimdən maddi umacağı var. Həmin videodan stat: “Özünü yaxşı aparmasan birinci, ikinci, üçüncü və s videoları da yayımlayacam” Süleyman adlı bir şəxs “özünü yaxşı aparmasan” deyərkən məqsədi bəllidir.

P.S: Son 5 il ərzində ictimai və siyasi prosesləri yaxından izləyən və onun içərisində onan bir şəxs olaraq bildirim ki, Süleyman Süleymanlını tanımıram və onun ictimai fəaliyyətini görməmişəm.

Yazı Vəkil Əziz Qənbərovun Facebook səhifəsindən götürülüb.

 

 

Gununsesi.org