“Söz azadlığı Fransada belə işləyir” - Səfir Rəhman Mustafayev

  • By admin
  • 09 Noyabr 2020 11:58

Fransanın AFP agentliyi Azərbaycanın ölkədəki səfiri Rəhman Mustafayevin müsahibəsini yayımlamayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə səfir özünün Tvitter hesabından bildirib.

“Müsahibəmi yayımlamağı qəbul etməyən Agence France-Presse (AFP) və Didier Laurasa (müxbir) ayıb olsun. Bizə söz verməyi və yazılarımızı yayımlamağı rədd edən “Le Figaro” və digər media qurumlarına ayıb olsun. Söz azadlığı Fransada belə “işləyir”.

Səfir müxbirin ona və Olivier adlı şəxsə göndərdiyi poçt məktubunun fotosunu paylaşıb. Məktubda “söhbətin məzmunu nəzərə alındıqda dərc etməməyə qərar verdik. Bəhs etdiyi iddialar (səfirin – red.) təsdiqini tapmadı”.

Gununsesi.info