Space TV-ni o ayağa qaldırdı - TURAN İBRAHİMOV

  • By admin
  • 07 Fevral 2023 11:51

“Space TV “reanimasiya”da idi, “beyin ölümü” çoxdan baş vermişdi, “süni nəfəs aparatı”na qoşulmuşdu. Özüm də daxil bütün televiziyaçılar reallığı bildiyimiz və məsələyə məhz televiziyaçı kimi baxdığımızdan, bu kanalı xilas etmək üçün küllü miqdarda vəsaitə ehtiyac olduğunu düşünürdük. Haqlı idik. Amma Müşviq Hətəmov gəldi, kənar dəstək olmadan vəziyyəti nəzarətə götürdü”.

Gununsesi.info bildirir ki, bunu telejurnalist Turan İbrahimov sosial şəbəkədə yazıb.

Jurnalist bildirir ki, yeni rəhbər gələndən sonra televiziya işçilərinə olan borclar da bağlanıb:
“Borcları bağladı, ən fundamental, təxirəsalınmaz praktik- texniki addımları atdı, mümkün olan bütün dəyişiklikləri etdi və pis- yaxşı, digər özəl televiziyalardan fərqlənməyən, yeni proqram siyasəti tərtib etdi. Hazırda Space TV minimal maliyyə imkanları ilə ölkənin ən reytinqli dördüncü kanalıdı. Böhran menecmenti haqqında bildiyiniz hər şeyi unudun. Hətta deyərdim ki, “böhran dövründə ağdamlı yanaşması” başlıqlı treninqlər təşkil edin, Müşviq Hətəmovu da çıxışçı kimi dəvət edin. Düzdü, bunun üçün vaxtı olmayacaq. Bundan sonra daha ağır rejimdə çalışacaq, amma siz yenə də cəhd edin.
Yolun hər zaman açıq olsun, etibarlı insan”.

Qeyd edək ki, Space Müstəqil Teleradio Şirkətinin direktoru Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırılıb.

Onun yerinə “Parni iz Baku” KVN komandasının aktyoru Vado Karovin təyin olunub.

Mətləb Yaqublu
Gununsesi.info