Spiker deputatların təklifinə etiraz etdi – “Pandemiyadan narahat olursunuzsa...”

  • By admin
  • 24 Dekabr 2020 13:21

Deputatlar bu gün keçirilən iclasda çıxışların reqlamentinin 5 dəqiqə olmasını təklif ediblər.

 

Gununsesi.org-un məlumatına görə, parlamentin sədri Sahibə Qafarova isə bu təklifi qəbul etməyib.

Sədr bildirib ki, dünən burda olan deputatların hamısı koronavirus testindən keçib: “Burada yoluxan deputat yoxdur. Dünən hamısı test verib. Kim karantinə, koronavirusa görə narahatdırsa, bunu nəzərə alsın. Reqlament 10 dəqiqə olacaq. Bu, sıradan iclas deyil”.