Spiker komitə sədrlərilə iclas keçirdi

“Dünən sədr, komitə rəhbərləri və komissiya sədrlərinin iclası keçirilib”.

Gununsesi.info xəbər verir ki, bunu İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

O bildirib ki, Milli Məclisə işə qəbulla bağlı qanunvericiliklə bağlı addımlar atılmaqdadır.

“Artıq kiminsə qəyyumluqla Milli Məclisə düşməsinin qarşısı alınacaq. Milli Məclisin Aparatının və İşlər İdarəsinin də Əsasnaməsi hazırlanıb. Milli Məclis nümunə olmalıdır. Milli Məclisin büdcəsini parlamentin üzvləri qəbul edir. Artıq 45 milyona yaxın vəsait Milli Məclisin büdcəsini təşkil edir. Artıq Milli Məclisə alınma işlərinin tender əsaslarla keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bunlar parlamentin həyatında baş verən uğurlu dəyişikliklərdir”.

Gununsesi.info