
Sentyabrın 16-da Strasburqda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin toplantısında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman və Çexiya parlamentinin sədri Yan Hamaçek ilə görüşləri olub.
Milli Məclisdən Gununsesi.info-ya verilən məlumata görə, görüşlərdə ölkələr arasında münasibətlərin, xüsusilə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.
Tərəflər konfransda müzakirə olunan məsələlər haqqında fikirlərini bölüşüblər.
Anar
Gununsesi.info