Spiker Zəngilandan verilən mesajdan danışdı

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikə Zəngilsan beynəlxalq hava liman açılışını xalqımız böyük qürurla müşahidə etdi. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərmişdisə, bu gün də işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq işlərində, eləcədə digər işlərdə onun yanındadır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən spiker Sahibə Qafarova deyib.

HTML tutorial

Milli Məclis sədri bildirib ki, Azərbaycan və Türkiyə birgə səyləri ilə bölgəyə yeni məzmun gətirən layihələr həyata keçirilir:

“Zəngilandan dünyaya verilən daha mesaj ondan ibarətdir ki, cənab prezidentin dediyi kimi, biz öz torpaqlarımıza qayıtmışıq və oraları cənnətə çevirəcəyik”. Spiker əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə olduğu kimi bu dəfə də Fizulidə Cəbrayılda, Qubadlıda və Zəngilanda bir sıra infrastruktur layihəsinin ədsasını qoyub: “Bu Böyük Qayıdışın yaxınlaşmasının addım səsidir. Soydaşlarımızın yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil”.

Gununsesi.info