
Milli Məclis İran İslam Şurasının İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyən qərarına cavab olaraq bəyanat hazırlayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bildirib.
Spiker İran parlamentinin qərəzli bəyanatını rədd etdikləyini diqqətə çatdırıb.
“İran Azərbaycan torpaqlarını 30 il ərzində talamış Ermənistana qarşı hər hansı bir addım atmayıb. Bununla bərabər Ermənistana dəstək verib. Əksinə olaraq Azərbaycanın İsraildə səfirliyinin açılmasına münasibət bildirib. İran parlamentinin əsassız iddialarını qəti şəkildə rədd edirik. İran tərəfini ikitərəfli əlaqələri pozmamağa çağırırıq”, – deyə parlament sədri vurğulayıb.
Gununsesi.info