“Sputnik-Azərbaycan”ın daha bir əməkdaşı sərbəst buraxıldı -ÖZƏL

  • By admin
  • 24 Oktyabr 2025 12:14

Xətai Rayon Məhkəməsinin qərarı ilə həbsdə olan  Rusiyaya məxsus “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin daha bir əməkdaşı sərbəst buraxılıb.

 

Gununsesi.info-nun məhkəmədən əldə etdiyi məlumata görə, məhkəmə bugün  Yevgeni Belousovu ev dustaqlığına buraxıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx da  həbsdən azad edilib və Rusiyaya yola salınıb.

 

Gununsesi.info