
Şri-Lankada iqtisadi böhranın dərinləşməsi fonunda ötən aydan bəri davam edən kütləvi etirazların ardından baş nazir Mahinda Rajapaksa dünən istefa verib.
Gununsesi.info BBC-yə istinadən bildirir ki, buna baxmayaraq, ölkədə etirazlar səngiməyib.
Rajapaksa tərəfdarlarının hücumuna məruz qalan Şri-Lankalılar öz növbəsində gecə ərzində rəsmi iqamətgahlarını tərk etməyən keçmiş baş nazir və deputatlara məxsus 50-yə yaxın evi yandırıblar.
Adada elan edilən komendant saatı çərşənbə səhərinə qədər uzadılıb.
Dünəndən bəri baş verən hadisələrdə 190-dan çox insanın yaralandığı, 7 nəfərin öldüyü bildirilir.
Baş nazirin istefasına baxmayaraq, etirazçılar onun qardaşı, prezident Qotabaya Rajapaksanın da istefasını tələb edirlər.
Gununsesi.info