
SSRİ-dən qaçan DTK-nın eks-mayoru Viktor Şeymov ABŞ-da dünyasını dəyişib. Gununsesi.org-un məlumatına görə, bu barədə “The Washington Post” yazıb.
Qeyd edilir ki, Şeymov uzun sürən ağciyər xəstəliyindən sonra 73 yaşında vəfat edib.
V. Şeymov Moskvadan 1980-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin agentləri tərəfindən çıxarılmışdı.
Eks-mayor DTK-nın əlaqə və şifrləmə idarəsində çalışırdı.