Stadionun qarşısında qəza: Yollarda tıxac yaranıb

  • By admin
  • 24 Yanvar 2023 11:36

Bakıda stadionun qarşısında qəza olub, yollarda sıxlıq yaranıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Heydər Əliyev prospekti, “ASK Arena”nın qarşısı mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu səbəbdən qeyd olunan istiqamətdə sıxlıq müşahidə olunur.

Gununsesi.info