
Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Gununsesi.info-nun məlumatına görə, bu gün mübarizəyə iki xanım güləşçimiz qoşulub.
Mübarizəyə 1/8 final mərhələsindən başlayan təmsilçimiz Mariya Stadnikin (48 kq) ilk rəqibi Aleksandra Patrisia Bermudez (Argentina) olub. Stadnik rəqibinə 10:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi polşalı Nina İvona Matkovska olub. 10:0 hesabı ilə qalib gələn güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib. Stadnikin bu mərhələdə rəqibi Elitsa Yankova (Bolqarıstan) olub. Yarımfinalda 6:0 hesabı ilə qalib gələn Stadnikin vaxtından əvvəl təmiz qələbə ilə finala yüksəlib. O, finalda Erik Tosakla (Yaponiya) qarşılaşıb. Rəqibinə 2:3 hesabı ilə uduzan Stadnik gümüş medalla kifayətlənib.
Digər güləşçimiz Yuliya Ratkeviç 1/8 finalda Oksana Herhellə (Ukrayna) qarşılaşıb. Rəqibinə 7:5 hesabı ilə alib gələn idmançımız 1/4 finala yüksəlib. İdmançımız 1/4 finalda kolumbiyalı Jaklin Penteria ilə qarşılaşıb. 7:3 hesabı ilə qalib gələn güləşçimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb. O, yarımfinalda Kaori İşo (Yaponiya) ilə qarşılaşıb.Rəqibinə 0:10 hesabı ilə məğlub olan güləşçimiz mübarizəni bürünc medal uğrunda davam etdirib. Üçüncü olmaq üçün güləşçimiz tunisli Marva Amri ilə üz-üzə gəlib. Rəqibi ilə bacarmayan Ratkeçiv bürünc medal da qazana bilməyib.
Gununsesi.info