Stalin azərbaycanlı qadının dəstəsində döyüşüb- 300-DƏN ÇOX ERMƏNİ ÖLDÜRÜB

Stalin azərbaycanlı qadının dəstəsində döyüşüb

Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. İosif Stalin 7 ay onun dəstəsində döyüşüb. 
Qaçaq Kərəmin dostu olub. Sovet hökuməti qurulanda silahı yerə qoyur. Lakin ermənilər Gülsümə göz verib işıq verimilər. Nəhayət, 4 erməni milisi gəlib onun hamilə gəlinini zorla işə aparmaq istəyəndə, əlinə silah alan Gülsüm milislərin dördünü də yerindəcə güllələyir. Onu həbs edirlər. O, məhkəmə zamanı Stalinə xəbər göndərilməsini tələb edir. Bu xəbər Bağırova çatanda Stalinə məlumat göndərir ki, bir qadın qətl törədib, lakin mütləq rəhbərə xəbər göndərir ki, onu şəxsən tanıyır. Bunu eşidən Stalin dərhal Bağırova zəng vurur və əmr edir ki, Gülsümü azad etsinlər. Oğlunu da kolxoz sədri qoysunlar. Çünki o qadın onun ən yaxın dostudur. Bu zaman Mikoyan Stalinə deyir ki, axı qadın qatildir, 300-dən çox erməni öldürüb. Stalin bunu eşidib hirslə deyir ki, çətin günlərdə 7 ay bu qadının çörəyini yeyib, himayəsində olub. Belə dost bütün hər şeydən dəyərlidir.
Deyilənə görə, Gülsüm 101 il ömür sürüb, 1962-ci ildə dünyasını dəyişib. Onun qəbri Şəmkirin Sarxan kənd qəbiristanlığındadır. (miq.az)
Gununsesi.info

COMMENTS