

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili nənəsinin İosif Stalini necə xilas etdiyindən danışıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Saakaşvili öz Facebook səhifəsində yazıb.
“Nənəm Tamara mənə zamanında Stalini necə rus jandarmlarının əlindən xilas etməsindən danışıb. Nənəmin atası tanınmış sənayeçi olub və Stalini rus jandarmlarının əlindən xilas edərək gizlədiblər. Lakin Stalin bu yaxşılığın əvəzində nənəmin atasına məxsus bütün mülkləri konfiksasiya etməklə yanaşı, onun atası və qardaşını məhv edib”- Saakaşvili qeyd edib.
Saakaşvili bu fikrini “Stalinin ölümü” filminə baxdıqdan sonra yazıb. Baxmayaraq ki, Saakaşvili bu film haqqında öz müsbət fikir bildirib.
Gununsesi.info