İosif Stalinin Mıtişidəki tərk edilmiş “Lipki-Alekseevskoe” malikanəsində iki cəsəd tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.
Qeyd olunur ki, malikanədə keçmiş mühafizəçi və onun dostunun meyitləri tapılıb. Onların ölüm səbəbi hələlik məlum deyil.
Malikanənin yeni sahibi Krasnodardan olan “Konsaltinq və Pravo” şirkətidir. Belə ki, 2023-cü ilin sentyabrında əmlakın yeni sahibi Stalinin malikanəsini 403,5 milyon rubla (7,7 milyon manat) alıb.