Stalinin nəvəsi Yevgeni Cuqaşvili vəfat etdi

  • By admin
  • 22 Dekabr 2016 17:02

22-tn

Moskvada İosif Stalinin nəvəsi Yevgeni Cuqaşvili vəfat edib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə “RİA Novosti” Moskva Təcili Yardımın məlumat bürosuna istinadən məlumat yayıb.

Y. Cuqaşvili 80 yaşında vəfat edib. O, 1943-cü ildə alman konslagerində ölən Yakov Cuqaşvilinin oğludur.

Gununsesi.info