Stalinin nəvəsi: “Babamın cinayətkar olduğunu bilmirdim”- Anam Sovet İttifaqında çəkdiyi ağrıları Amerikada da unuda bilmədi

  • By admin
  • 09 Avqust 2021 15:07

İtim Spartanı anam” deyə  əzizləyirəm

Hər kəs öz ruhunun məqsədini bilməlidir

Anam  Sovet İttifaqında çəkdiyi ağrıları Amerikada da unuda bilmədi

Kris  Evans – SSRİ-nin ən uzunömürlü və qanlı diktatoru İosif Stalinin nəvəsidir. Olqa kimi dünyaya gəlib. Daha sonra adını dəyişib Kris olub.  O,  Stalinin Amerikaya qaçmış  yeganə qızı  Svetlana Alliluyevanın  3 övladından  biridir.  Kris Evans S. Alliluyevanın amerikalı məşhur memar Vilyam Vesleylə olan üçüncü nikahından dünyaya gəlib. Babası Stalinin diktatorluğundan çox uzaqda, Amerikada  dünyaya göz açan Kris Evans hazırda Portland şəhərində yaşayır. 48 yaşında olan Kris Evans şəhərdəki kiçik antikvar mağazanın sahibidir.

Gununsesi.info xəbər verir ki, HafizTimes.com Kris Evansı tapıb və həmsöhbət olmağa çalışıb.

-2016-cı ildə paylaşdığınız “Tank qız” adlı fotolarınız dünya mətbuatında böyük sensassiyaya səbəb oldu. O vaxtdan bəri həyatınızda nələr dəyişib? Hardasınız, necə bir həyat yaşayırsınız?

-Həmin fotolar həqiqətən də bütün dünyada yayımlandı. Heç təsəvvür etməzdim ki, belə olacaq. Mənim rəngli həyatım var.  Həyatı istədiyim kimi rahat yaşamağı sevirəm.   “Tank qız”ı xatırlamaq istəmirəm (gülür). Sizə yeni fotolarımı təqdim etmişəm. (Eksklüziv)

İtimlə (Sparta) birlikdə yaşayıram. O mənim həyatımın bir parçasıdır. Anam vəfat etdikdən sonra Spartaya daha çox bağlanmışam. Onu “anam” deyərək əzizləyirəm.  Bir neçə ay öncə itimin ağır  xəstə olduğunu öyrəndim. İndi yaşlı xanım kimi  pəhriz saxlayır, dərmanlar qəbul edir.Mən də ona xidmət edirəm.

Eynək satışı ilə məşğul oluram. Kölgəli eynəkləri çox sevirəm. Hər kəsə də tövsiyyə edirəm ki, kölgəli eynəklərdən istifadə etsinlər.

-Siz özünüzü oxuyucularımıza necə təqdim edərsiniz?

-Sülh döyüşüçüsü, xərçəngləri azad edən və anamın qızı…

-“Tatoo”larınızın mənası nədir?

-İllər öncə anam vəfat etdi. “Anamın qızı” adlı bir yazını qoluma döydürdüm.  “Tatoo”ları çox sevirəm. Mən buddist inancını qəbul etmişəm. Bu yaxınlada sinəmə  “faydalı ol ” yazısını  yazdırdım.  Bəlkə də bu mənim inancımdan irəli gələn bir şeydir. Heç bir əziyyət və ağrı olmadı. Bədənimin bütün bölgələrində “tatoo”larım var. Onlar mənə rahatlıq, azadlıq bəxş edir.

Bir məqamı demək istəyirəm. O vaxtlar yer üzündəki ailələrin əksəriyyəti dağılırdı.(Müharibə) Mənim valideylərim möhtəşəm insanlar idi. Heç vaxt onların izi ilə gedə bilməyəcəm. Amma onlar mənə həyatda nəyin daha vacib olması ilə bağlı bir həqiqəti miras qoyub getdilər: “Hər zaman ruhunun məqsədini izlə.  Nəyin bahasına olursa olsun ruhunun məqsədini bil”. Canlı olsam, ya da məzarda uyusam da bu fikirləri özümlə daşıyacağam.

-Sizin üçün xoşbəxtlik nədir?

-Pessimistlik və optimist olmaq yolxucu bir haldır. Yağışlı Portlandda optimist olmaq çətindir. Amma mən hər zaman optimist olmağa çalışıram. Yaxşı dostlarım var. Heç vaxt məni yalnız qoymurlar. Birlikdə gözəl zaman keçiririk.  Ən çətin günlərimdə dostlarım yanımda olur. Keçən il səhhətimdə problem yaranmışdı, xəstəxanda qalmalı oldu. Dostlarım məni tək qoymadılar. Onlar maddi cəhətdən də mənə yardım etməyə çalışırdılar, pul topladılar.  Buna görə mən özümü xoşbəxt hiss edirəm.

– Ailəli deyilsiniz?

-Mənim dostlarım, Sparta (it) mənim ailəmdir.  Dostlarım da azad fikirlidir. Sərbəst yaşayırlar. Biz birlikdə xoşbəxt oluruq.

-Sizcə həyatın mənası nədir?

-Ehtirassız bir həyat insanı donmuş bir ölümə aparır. Neqativlikdən uzaq olmalıyıq.  Neqativlikdən uzaq durmasanız ona öyrəşəcəksiniz. Unutmayaq ki, cəsarətli olmaq hər zamanı insanı ucaltmır. Bəzən günün sonunda bir səssizlik çökür və o deyir: “Mən sabah yenidən çalışacağam”

-Stalinin qızı, sizin ananız  Svetlana xanım haqqında bilmək istərdik. Sovet İttifaqından qaçıb, Amerikaya  getməyi  necə bacardı? 

-Anam əvvəlcə   Roma və İsveçrəyə gedib.  Nyu-Yorka isə 1967-ci ilin aprelində gəlib. O, ilk vaxtlar Nyu-Cersi ştatının Prinston şəhərinə gedib. Bir müddət orda qalıb,  universitetdə təhsil alıb.  Anam Prinstonda memar Frenk Lloyd Raytın həyat yoldaşı olmuş keçmiş rəfiqəsi, rəqqasə Olqanı tapıb.

Olqa bir neçə il öncə qızı Svetlananı avtomobil qəzasında itiribmiş . O hələ  özünə gəlməmişdi. Düşünürdü ki, tanrı qızı, Svetlananı ona yenidən qaytarıb. Buna görə də anama öz qızı kimi qayğı göstərib. Olqa dul qalmış kürəkəni Uilyam Vesli Pitersonla anamı evlədirib. Bu nikahdan mən dünyaya gəlmişəm. Atam məşhur  memar idi. Amerikanın hər yerində onun  tikdiyi binalar var.

Anam Sovet İttifaqının ağrılarını heç vaxt unuda bilmədi…

-Bu nikahdan sonra anam ad və soyadını dəyişdirərək , Lanoy Piters oldu. 1978-ci ildə ABŞ vətəndaşlığına qəbul olundu. O, tez-tez yaşadığı şəhərləri dəyişdirməli olurdu.  Bir müddət sonra anam katolik dinini qəbul etdi, Londonda, sonra isə Kornuolda yaşadı. Mən isə buddizmi qəbul etdim.

-Babanız Stalinin tiran, diktator olmasını nə vaxt bildiniz?

-Uşaq yaşlarımda onun tiran olduğunu bilmirdim. O, mənimçün sadəcə İkinci Dünya Müharibəsində aparıcı rol oynamış üç liderin, Çörçil, Ruzvelt və Stalinin birgə fotosunda əks olunmuş şəxslərdən biri idi. Bir dəfə anam məndən ona diqqətlə qulaq asmağı xahiş etdi. Və atası haqqında danışmağa başladı. Mən yalnız onda babamın cinayətlərindən xəbərdar oldum. Anam həmişə deyirdi ki, babam onun da həyatını məhv edib.

-Stalinin qızı, yəni ananız necə bir insan idi? Onu necə xatırlayırsınız?

-Anam hədsiz  dərəcədə inanclı bir insan idi. Vəfat etdikdən sonra  da onun  hər zaman mənimlə olduğunu hiss edirəm. Əvvəllər heç vaxt  sahib olmadığım bir  uğur  hissim var.  Bu hiss hər zaman mənimlə birlikdədir.

Anam həmişə mənimlə qürur duyurdu.  Baxmayaraq ki, mən heç bir uğur qazanmamışdım. Bu təmənnasız bir sevgi idi. Mən bu hissi əvvəllər  kimsədən hiss etməmişdim. Çünki o mənim anam idi.  Həm də mənim ən yaxın dostum idi. Ömrümün qalan hissəsində  hər  zaman axtaracağım bir dostluq hissi idi.

Anam keçmişimin təkcə bir parçası deyil

– O, bütün həyatı boyu məni qorudu. Özünün keçdiyi ağrılı yollardan məni uzaq tutmağa  çalışdı.  Bütün çətinliklərdən məni qorudu.  Anamla aramızda xüsusi bir bağ var idi. Bəzən o mənə valideynlik edirdi, bəzən də mən ona valideynlik edirdim.

-Sovet İttifaqından Amerikaya qaçdıqdan sonra Svetlana xanım həyatına necə davam edə bildi?

 -Anam sadəcə olaraq davam etməyi bacardı. Bunun üçün çoxlu cəhdlər etdi.  Çətinliklər çəkdi. Heç vaxt geri çəkilmədi. Özünü inkişaf etdirdi. Mühitə, insanlara uyğunlaşamağa çalışdı. Anam  inanılmaz bir qaçqın qadın idi. O  heç vaxt işdən imtina etmədi. Həmişə işləyirdi.

-Azərbaycan barəsində nə bilirsiniz?

-Azərbaycan da digər ölkələr kimi uzun illər Sovet İttifaqının əsarəti altında qalıb, mübarizə aparıb. Anam Stalinin doğma qızı olduğu halda o zamanlar nə əziyyətlər çəkdiyini özü mənə danışıb. Burdan hər şey aydın olur…

Hər kəsə öz sevgimi göndərirəm. Sizlərə gözəl, azad, rahat bir həyat arzu edirəm.

Gununsesi.info