“Standard & Poors” Azərbaycanın kredit reytinqini təsdiq edib

  • By admin
  • 29 İyul 2017 10:50
6217253d-e860-433f-9c09-f6203eb2ee2b_292
“Standard ənd Purz” Azərbaycanın beynəlxalq kredit reytinqini təsdiqləyib.
Bu barədə Gununsesi.info-ya Maliyyə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, 28 iyul 2017-ci il tarixində “Standard ənd Purz” (Standard and Poor’s) reytinq agentliyi Azərbaycan Respublikasının suveren kredit reytinqinin ənənəvi qiymətləndirməsini aparmış və müvafiq hesabatını açıqlayıb.

Agentlik Azərbaycan Respublikasının uzunmüddətli və qısamüddətli xarici və milli valyutada suveren kredit reytinini dəyişməyərək müvafiq olaraq ‘BB+/B’ səviyyəsində, mənfi proqnoz ilə saxlayıb. 

“Standard ənd Purz” reytinq agentliyinin yaydığı son hesabatda reytinqin dəyişməz olaraq saxlanılmasına əsas səbəb kimi ölkənin möhkəm fiskal mövqeyi, xüsusiylə Azərbaycan Respublikası Dövlət Neft Fondunun xarici valyutada ehtiyyatlarının mövcudluğu göstərilir.

Agentlik hesab edir ki, tədiyə balansına olan təzyiqlərin aradan qalxacağı, ölkənin iqtisadi inkişaf göstəricilərinin gözlənilən artımı və daxili bank sistemində sabitliyin möhkəmlənməsi nəticəsində reytinq üzrə proqnoz mənfidən müsbətə keçirilə bilər.
Gununsesi.info