
Avropa İttifaqı Yaxın Şərq ölkələrinə silah embarqosu tətbiq edə bilməz, çünki bu məsələ Aİ-yə üzv ölkələrin milli orqanlarının səlahiyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər Nazirliyinin nümayəndəsi Piter Stano Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
O, jurnalistlərin Aİ-nin Yaxın Şərqdəki münaqişəni həll etmək üçün bütün Yaxın Şərqə silah embarqosu tətbiq edə biləcəyi ilə bağlı sualını cavablandırarkən, “Aİ-nin silah ticarəti sahəsində heç bir səlahiyyəti yoxdur, bu məsələ üzv dövlətlər tərəfindən həll edilir” -deyə cavablandırıb.
Stanoya görə, belə bir qadağanın tətbiqi üçün “ya BMT Təhlükəsizlik Şurasının qərarı, ya da bütün Aİ üzv dövlətlərinin yekdil qərarı lazımdır”.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron İsrailə hərbi əməliyyatlar üçün silah tədarükünün dayandırılmasının vacibliyini bəyan edib.
Şəbnəm