“Stansiyaların girişində ürək-damar və ağ ciyər xəstələrinə xəbərdarlıq asılmalıdır” Tanınmış Teleaparıcı

  • By admin
  • 02 Sentyabr 2016 14:04

Ayten Seferova

Tanınmış teleaparıcı Aytən Səfərova metrodan narazılığını dilə gətirib.

Gununsesi.info xəbər verir ki, aparıcı xanım öz “Facebook” səhifəsində metrolarda havalandırma sisteminin olmamasından şikayətlənib:
“Bakı Metropolitenindən istifadə etməkdəyəm… Hazırda qatarda gedirəm. Məncə, hər stansiyanın girişində ürək-damar və ağ ciyər xəstələrinə xəbərdarlıq asılmalıdır ki, havanız çatışmaya, ürəyiniz gedə və halsızlaşa bilərsiniz. Bu, nədir? Metroda, qatarlarda havalandırma sistemi deyilən şey yoxdur. Camaat elə bil yeraltı saunaya girir. Hamı da tər tökür. Axı niyə? Minərlə insan – yaşlı, əliuşaqlı, hamilə, xəstə metrodan istifadə etməyə məcburdur. Ventilyasiya sistemini düzəldin, insanlara belə zülm verməyin”.