
ABŞ-ın qəhvə şirkətlər zənciri “Starbucks” fərdi qablarda və termoslarda qəhvə satışına qadağa qoyub.
Gununsesi.org bildirir ki, Sondakika.com-un xəbərinə görə, bu barədə şirkətin saytında açıqlama verilib.
Şirkət, eyni zamanda, ABŞ və Kanadada yerləşən ofislərində keçiriləcək böyük iclasları təxirə salıb.
Şirkət bütün mağazalarında mart ayının sonuna qədər təmizlik personalını artıracağını bildirib.
Qeyd edək ki, “Starbucks” 2010-cu ildə kağız zibillərinin azalması üçün kampaniyaya başlayaraq, fərdi qablarda qəhvə satmağa başlayıb.